Avropa Məhkəməsindən Dilqəmin ailəsinə cavab - `Sübut edin`


14:13     11 Oktyabr 2016 DILQEM_1455207300.jpg

Kəlbəcərdə erməni işğalçıları tərəfindən girov götürülən Dilqəm Əsgərovun səhhəti ilə bağlı ailəsi tərəfindən Avropa Məhkəməsinə göndərilən müraciətə cavab verilib.


Bu barədə AzVision.az-a D. Əsgərovun oğlu Kürdoğlu Əsgərov məlumat verib. Onun sözlərinə görə, Avropa Məhkəməsi ədalətsiz mövqe nümayiş etdirib.

“Avropa təkcə Azərbaycana deyil, Kəlbəcərli girovlara qarşı da ikili standartlar tətbiq edir. Mən atamın vəkili vasitəsi ilə dəfələrlə Avropa Məhkəməsinə rəsmi şəkildə müraciət göndərmişəm. Əfsuslar olsun ki, hər dəfə eyni cavabı alırıq. Atamın səhhətində ciddi problemləri var. Avropa Məhkəməsinin cavabı bizi qane etmir. Bizə bildirirlər ki, “siz sübut edin ki, atanızın səhhətində problem var”. Bu, ikili yanaşmadır. Girovlara qarşı qərəzli mövqe nümayiş olunur”.

Girovun oğlu Avropa Məhkəməsinə səslənb: “Əsgər sübut istəyirsinizsə, əməkdaşlarınızı Qarabağa göndərin, gedib atama baş çəsinlər. Yaxud da məhkəmə ilə bağlı müraciətimizi təmin edin”.

Xatırladaq ki, 2014-ci ilin iyulun 11-də 3 azərbaycanlı Kəlbəcərdə girov düşüb. Şahbaz Quliyev və Dilqəm Əsgərovu girov götürən ermənilər Həsən Həsənovu qətlə yetiriblər. Qondarma “məhkəmə”nin hökmü ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib. Onların Şuşa həbsxanasında saxlanıldığı bildirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 2477